Nazirlik valideynlərin əlavə dərs vəsaitləri almağa məcbur edilməsi hallarına münasibət bildirib
“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur:
“Dərsliklərdə kifayət qədər mövzu, çalışma və tapşırıqlar var ki, onlarla mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Məktəblərdə istifadə edilməsi zəruri hesab edilən heç bir siyahı yoxdur. ETN-nin tövsiyə etdiyi əlavə resurslar rəqəmsal formada www.trims.edu.az və www.video.edu.az portallarında yerləşdirilib və istifadə üçün hamıya açıqdır”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında valideynlər bir sıra Bakı məktəblərində şagirdlərə əlavə dərs vəsaitlərinin aldırılmasına etirazlarını bildiriblər.
Fəridə
Oxşar xəbərlər
Məktəblərin pulsuz dərsliklərlə təmin olunması üçün ayrılacaq vəsait açıqlanıb
Bu gün Azərbaycanda ilk dərs günüdür
Təhsilalanlara düşən illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
MÜTDA dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
