Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib
sizinxeber.az xəbər saytı

Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib


Neftçalada Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbəri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunlara uğurlar arzulanıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 691 nəfər şagirddən 391-i ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 74 faizi, yəni 288 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 12 nəfəri 600-dən yüksək bal toplayaraq ölkənin ali təhsil ocaqlarına qəbul olublar.

Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.

Oxşar xəbərlər

Sumqayıtın Texniki və Təbiət elmləri liseyindən qəbul imtahanlarında ən yüksək nəticə
Emin Əmrullayev: Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub
Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
Sumqayıt Dövlət Universitetində məzunlarla görüş keçirildi
54 yaşında tələbə adını qazanan qadın ali təhsildən imtina edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər