Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
sizinxeber.az xəbər saytı

Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq


Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Cəlilabad məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 7 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

“Sizinxeber.az”un Muğan bürosunun məlumatına görə, həmin tələbələrdən 2 nəfəri Cəlilabad şəhər 1 nömrəli məktəb liseyi, 1 nəfər Adnalı tam orta, 1 nəfər Sabirabad kənd 1 nömrəli tam orta, 1 nəfər isə Çünzəli kənd tam orta və 1 nəfər Üçtəpə kənd tam orta məktəbin məzunlarıdır.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. Eyni zamanda 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Oxşar xəbərlər

Biləsuvardan olan 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
Azərbaycanda 600 baldan yuxarı bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib
Qarabağ Universitetinə 1104 nəfər qəbul olub
Emin Əmrullayev: Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub
Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər