sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sumqayıt Dövlət Universitetində məzunlarla görüş keçirildi
Martın 12-də Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə ötən illərin məzunları ilə görüş keçirildi.
Tədbirdə universitetin rektoru dosent Rüfət Əzizov, universitetin rəhbər heyəti və SDU-nun keçmiş məzunları iştirak etdilər.
Görüşü universitetin rektoru dosent Rüfət Əzizov açaraq qonaqları salamladı, görüşdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. SDU-nun hər zaman öz məzunlarına diqqətlə yanaşdığını qeyd edən rektor bildirdi ki, SDU-da təhsil alan tələbələrin qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşmasında və karyeralarının inkişafında məzunların dəstəyinə ehtiyac yaranmışdır. Bu gün bir çox sənaye müəssisələrinin Sumqayıt Dövlət Universitetinin məzunları ilə kadr potensialını yeniləməsi üçün tədrisin keyfiyyətinin artırılması, yeni məzmunun gətirilməsi prioritet məsələlərdəndir. Bu istiqamətdə universitetdə aparılan islahatlar və şəffaf təhsil mühitinin formalaşması tələbələrə geniş imkanlar yaradır.
Sonra SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova məzunlara mərkəzin fəaliyyəti barədə məlumat verdi. O, SDU-da “Məzun Assosiasiyasının” yaradılması barədə məlumat verərək, bu istiqamətdə məzunların üzərinə düşən öhdəliklərdən bəhs etdi. SDU-da görülən işlərdən, yeni layihələrdən söz açaraq qeyd etdi ki, elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək.
Səmimiyyət şəraitində keçən görüşdə Sumqayıt Dövlət Universiteti ilə məzunlar arasında əlaqələrin gücləndirilməsi və sıx əməkdaşlığın qurulması sahəsində təkliflər irəli sürüldü.
SDU-nun məzunları çıxış edərək xoş xatirələrini bölüşdülər. Görüşdə iştirakdan məmnun oldqularını qeyd edən məzunlar və universitetdə son dövrlər gedən inkişafı yüksək dəyərləndirdilər.
Oxşar xəbərlər
SDU-da Bilik Günü qeyd edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin rektor təyin etdiyi şəxs kimdir? - Dosye [xfgiven_updateblue][/xfgiven_updateblue]
SDU-da “Startap nədir?” mövzusunda təlim keçirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmrullayev rektorlarla görüşdü: Tapşırıqlar verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMU-nun yeni rektoru kimdir? - Dosye [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












