Elm və Təhsil Nazirliyi: Prezidentin sərəncamı gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir
sizinxeber.az xəbər saytı

Elm və Təhsil Nazirliyi: Prezidentin sərəncamı gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir


Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncama dəyişikliyini şərh edib.

"Sizinxeber.az"un məlumatına görə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında əsas dəyişikliklərdən birinin proqramın müddətinin uzadılması olduğunu bildirib:

"Dövlət Proqramının müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib. İkincisi isə gənclərin sayının artırılaraq 400-dən 500-ə çatdırılmasıdır. Eyni zamanda doktorantura pilləsinin də Dövlət Proqramına əlavə edilməsidir. Növbəti ildən təhsilin bu səviyyəsi maliyyələşdiriləcək. Bu dəyişiklik gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir".

Oxşar xəbərlər

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb
Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramına doktorantura pilləsi əlavə edilib
Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər