Emin Əmrullayev Tovuzda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev Tovuzda vətəndaşları qəbul edəcək


Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 18-də Tovuz şəhərində vətəndaşları qəbul edəcək.


Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər:


"Sakinlər 11 oktyabr (saat 18:00 - dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-2 və 146-6 nömrəli telefonlarına zəng etməklə qəbula yazıla bilərlər".

"Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Emin Əmrullayev Şamaxıda vətəndaşları qəbul edəcək
Emin Əmrullayev Balakəndə vətəndaşları qəbul edəcək
Emin Əmrullayev Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle