Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır.
APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər bu gün saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
1 may saat 09:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 30322, II ixtisas qrupu üzrə 25158, III ixtisas qrupu üzrə 27607, IV ixtisas qrupu üzrə isə 6415 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür.
"Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Qəbul imtahanının II mərhələsi üçün qeydiyyat elan edilib
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat elan edilib
Ali məktəblərin boş qalan plan yerlərinə bu gündən ixtisas seçiminə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
