Xankəndidə VII Türkoloji Yay Məktəbi keçirilir
sizinxeber.az xəbər saytı

Xankəndidə VII Türkoloji Yay Məktəbi keçirilir


Xankəndi şəhərində Qarabağ Universiteti, Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbinin açılış mərasimi keçirilir.

"Report" xəbər verir ki, yay məktəbi avqustun 17-dək davam edəcək.

Bu çərçivədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan olan 32 gənc alim və doktorant türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edəcək. Tədris prosesi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Əsas məqsəd türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.

Oxşar xəbərlər

Azərbaycanda I Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin keçiriləcəyi yer və tarix açıqlanıb
Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” adlı beynəlxalq konfrans keçirilir
Azərbaycan ilk “TurkicSkills” Peşəkar Bacarıqlar Çempionatında iştirak edəcək
Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub
Tanınmış türkoloq: Azərbaycanla türkologiya sahəsində çox önəmli addımlar atırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər