Tanınmış türkoloq: Azərbaycanla türkologiya sahəsində çox önəmli addımlar atırıq
Türkiyə və Azərbaycan türkologiya sahəsində çox önəmli addımlar atmağa davam edir.
Bunu “Report”un Türkiyə bürosuna türkoloq, alim Ahmet Bican Ercilasun Ankara Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyilə əlaqədar keçirilmiş tədbirdən sonra deyib.
Türk Dövlətləri Təşkilatının (TDT) ortaq əlifba ilə bağlı fəaliyyətlərini təqdir edən dilçi alim bildirib ki, türkdilli dövlətlərin ortaq türkcəsini birgə inkişaf etdirmək üçün daha çox ünsiyyətə və zamana ehtiyac var:
“Bir gün ortaq əlifba ilə bağlı qərar verilər və əlifba dəyişər, amma ortaq türkcənin inkişafı üçün çoxşaxəli fəaliyyətlərə ehtiyac var. Əslində, sovetlər dönəmində Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızstanda türkcənin bir çərçivəyə salınıb, inkişaf etməməsinə və unudulmasına cəhd olunurdu. Doğrudur, digər türkdilli ölkələrlə müqayisədə Azərbaycan ədəbi dil və dialektlər sahəsində daha irəli idi. Sovetlər dönəmində bütün türkdilli ölkələrdə türkcəyə qarşı məhdudiyyət olduğuna görə, məsələn, ümumtürkcədə olan arxaik sözlər üzərində elmi işlər aparılmasına imkan verilmirdi".
O məlumat verib ki, sovetlərin məhdudiyyəti çərçivəsində türkologiya tədqiqatları axsayıb.
Alim deyib ki, hazırda Azərbaycanda dilçilik istiqamətində uğurlu fəaliyyətlər həyata keçirilir: “Azərbaycan Əlyazmalar İnstitutunda çox qiymətli əlyazmalar var. Bu əlyazmalaraın rəqəmsallaşması, yaxud rəqmsallaşmadan öncə nəşr olunması çox dəyərli bir fəaliyyət olardı. Bizim dilimizin qədimliyi ilə bağlı mirasımız üzə çıxarılmalıdır ki, xalqımızın qədimliyi, kimliyi də dünyaya bəlli olsun”.
Oxşar xəbərlər
Türk Akademiyasının prezidenti: Ortaq əlifba xalqlar arasında əlaqələrin gücləndirilməsində əsas vasitədir
Türkiyə Elmlər Akademiyasının başçısı: Gənc alimlərə doktorantura dissertasiyası üçün birgə dəstək veririk
Hakan Fidan: Ortaq coğrafiyada strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur
Özbəkistanlı mediator: Azərbaycanda mediasiya intensiv şəkildə inkişaf edir
Ankarada AMEA-nın 80 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













