MİQ üzrə vakansiya seçimi prosesində yenilik ediləcək
sizinxeber.az xəbər saytı

MİQ üzrə vakansiya seçimi prosesində yenilik ediləcək


MİQ üzrə vakansiya seçiminə müraicət edən namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük veriləcək.

Sizinxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

"Namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Eyni zamanda, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir. Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir", - o qeyd edib.

Oxşar xəbərlər

MİQ üzrə vakansiya seçimi prosesinə yenilik ediləcək
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək
Agentlik: İşdən çıxarılan hər müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin başlayacağı tarix açıqlanıb
Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle