Dövlət əmlakının özəl əmlakla dəyişdirilməsinə imkan yaradılması III oxunuşda təsdiqlənib
Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda qəbul edilib.
"Sizinxeber.az" xəbər verir ki, bununla Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılır.
Bununla belə, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmin qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.
Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.
Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisdə "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanun layihələri müzakirə ediləcək
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib
Prezident süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişikliyi təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
