Reuters: Rusiya dron zərbəsindən sonra Saratov neft emalı zavodunun işini dayandırıb
Reuters: Rusiya dron zərbəsindən sonra Saratov neft emalı zavodunun işini dayandırıb
Rusiyada Saratov neft emalı zavodu iyulun 8-də pilotsuz uçuş aparatlarının hücumu nəticəsində aldığı zədələrdən sonra neft emalını dayandırıb.
Bu barədə Reuters məlumat yayıb.
Nəşr qeyd edir ki, dünən Saratov vilayətinin qubernatoru Roman Busargin regiona dron zərbəsi nəticəsində bir nəfərin həlak olduğunu, daha bir neçə nəfərin yaralandığını bildirib. O, həmçinin “mülki sənaye obyektləri”nin zədələndiyini açıqlayıb, lakin söhbətin konkret hansı obyektlərdən getdiyini dəqiqləşdirməyib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Saratov neft emalı zavoduna zərbə endirildiyini bildirib.
Reuters-in mənbələri iddia edirlər ki, dronlar sutkalıq gücü 20 min metrik ton olan KDU-6 ilkin emal qurğusunu vurub. Bu, həmin neft emalı zavodunda bu tip yeganə qurğudur.
