Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub
Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub.
Bu barədə "Report"a Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.
Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.
O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti qurumlarla proseslərin inkişaf dinamikasını qiymətləndirir.
Oxşar xəbərlər
Agentlik: İntensiv yağıntılar sürüşmə sahələrini aktivləşdirib
Xətai rayonunda torpaq sürüşməsi olub
Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb
Sürüşmə potensiallı sahələrin monitorinqi aparılır
İsmayıllıda Namazgah-Lahıc yolunda uçqun baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













