Qrenlandiyada buzlaqlarının əriməsi 10 ildə altı dəfə sürətlənib
Bierknes İqlim Araşdırmaları Mərkəzinin norveçli mütəxəssisləri bildirib ki, Qrenlandiyanın buz təbəqəsi görünməmiş sürətlə kütləsini itirir. 1980-ci illərdən bəri artıq bir trilyon tondan çox buz əriyib və ərimə sürəti son on ildə altı dəfə artıb.
“Sizinxeber.az” xəbər verir ki, tədqiqat “” elmi jurnalında dərc olunub.
Mütəxəssislər müəyyən ediblər ki, ildə təxminən 230 milyard ton buz itkisi dönüş nöqtəsi olacaq. Bu, qlobal orta temperaturun 3,4°C artmasına uyğundur. 2024-cü ildə planet Paris razılaşması ilə müəyyən edilmiş 1,5°C həddi artıq keçib.
Alimlər iqlim dəyişikliyinin buz təbəqəsinin kütlə balansına təsirini qiymətləndirmək üçün modelləşdirmədən istifadə ediblər. Buz təbəqəsinin qərb hissəsi öz vəziyyətini sabitləşdirə bildiyi üçün xüsusi rol oynayır. Lakin bu ərazinin sahilyanı ərazilərlə əlaqəsi kəsilərsə, buz kütləsinin 80%-dən çoxunun itirilməsi ilə nəticələnəcək.
Ərimiş buz təbəqələri təkcə dəniz səviyyəsinin qalxmasına səbəb olmur, həm də okeanların duzluluğunu dəyişir, dəniz ekosistemlərini və sahil icmalarını təhdid edir. Qrenlandiyanın buz təbəqəsinin tamamilə əriməsi dəniz səviyyəsinin yeddi metr yüksəlməsinə səbəb ola bilər.
Oxşar xəbərlər
Alimlər: Son 6 ildə iqlim səbəbindən qasırğaların gücü artıb
Alimlərin yeni tədqiqatı: Buzlaqların əriməsi sunami riskini artırır
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Nazir müavini: Son 30 ildə kənd təsərrüfatına ciddi ziyan vuran isti və quru küləklərin sayı 14 dəfə çox olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
