sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Havada toz müşahidə olunur
Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub”.
G.Abbasova qeyd edib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakıda və Abşeron yarımadasında tozun miqdarında artım müşahidə olunur - YENİLƏNİB
ETSN: Havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir
Havada tozun miqdarı artıb, proses iki gün davam edəcək
Havada toz müşahidə olunur
Havada tozun miqdarı normadan artıqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













