Bu gün meşə fondu torpaqlarında 3 mindən artıq ağac əkilib
sizinxeber.az xəbər saytı

Bu gün meşə fondu torpaqlarında 3 mindən artıq ağac əkilib


Hazırda ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Sizinxeber.az"a verilən məlumata görə, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, həmçinin hərbçilərin iştirakı ilə Xaçmaz və Beyləqan rayonlarında keçirilib və 3 mindən artıq müxtəlif növ ağac tingi əkilib.

Oxşar xəbərlər

Azərbaycanda tətil və bayram günləri meşə fondu torpaqlarında 195 min ağac əkilib
Od çərşənbəsində 88 min ağac əkilib 
Yel çərşənbəsində 50 mindən çox ağac əkilib
Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib
İsmayıllıda meşədə qanunsuz ağac kəsən 8 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle