Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib
Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Sizinxeber.az"a verilən məlumata görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfov Şabran və Quba rayonlarında keçirilən meşəbərpa tədbirində deyib.
Bildirilib ki, nazirlik rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzləri əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib. Tədbirlər çərçivəsində Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində ümumilikdə 5 mindən çox müxtəlif növ ağac tingi əkilib.
R.Əşrəfov bildirib ki, meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ rayonlarının meşə fondu torpaqlarında da təşkil olunub, gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 35 min ədəd müxtəlif növ ağac tingi əkilib.
Oxşar xəbərlər
Azərbaycanda tətil və bayram günləri meşə fondu torpaqlarında 195 min ağac əkilib
“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Bakı-Quba yoluna 300 000 ağacın əkilməsi planlaşdırılıb
İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
