Azərbaycanda tətil və bayram günləri meşə fondu torpaqlarında 195 min ağac əkilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda tətil və bayram günləri meşə fondu torpaqlarında 195 min ağac əkilib


Meşəbərpa tədbirləri bayram və tətil günlərində də davam edib.

Bu barədə "Sizinxeber.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Xaçmaz, Qusar, Siyəzən, Masallı, Astara, Qəbələ, Qobustan, Ağsu, Tovuz, Gədəbəy, Daşkəsən, Ağcabədi, Göygöl, Goranboy, Hacıqabul, Bərdə, Ağdaş, Şəki və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə tədbirləri aparılıb və ümumilikdə 125 hektar sahədə 195 min ədəd müxtəlif növ ağac tingi əkilib, 4 tondan artıq toxum səpilib.

"Hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Od çərşənbəsində 88 min ağac əkilib 
Yel çərşənbəsində 50 mindən çox ağac əkilib
Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
Rusiyada meşə yanğınları güclənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle