İlisuya 35 santimetr qar yağıb - FOTOREPORTAJ
Qax rayonunun İlisu kəndində qarın hündürlüyü 35 santimetrə çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qaxda ən çox qar rayonun ucqar Sarıbaş və İlisu kəndlərinə yağıb.
Ötən gecədən başlayan qar hələ də kəsməyib.
Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava qeyri-sabit keçir, qar, sulu qar yağır.
Rayonlarda yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.
Oxşar xəbərlər
Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Sabah hava necə olacaq?
Bakıda 4 dərəcə şaxta olacaq, rayonlara qar yağacaq - PROQNOZ
Bakıda küləyin sürəti güclənəcək - Xəbərdarlıq
Sabah bəzi yerlərdə yağış və qar yağacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
