Bakıda 4 dərəcə şaxta olacaq, rayonlara qar yağacaq - PROQNOZ
sizinxeber.az xəbər saytı

Bakıda 4 dərəcə şaxta olacaq, rayonlara qar yağacaq - PROQNOZ


Yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq.

Yanvarın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Oxşar xəbərlər

Sabah hava necə olacaq?
Sabah Bakıda 15 dərəcə isti olacaq
Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Sabahın hava proqnozu: dağlarda 10° şaxta olacaq
Sabah güclü külək əsəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər