Stüart Broklharst: Görünməmiş istiləşməyə görə bəşəriyyət cavabdehdir
sizinxeber.az xəbər saytı

Stüart Broklharst: Görünməmiş istiləşməyə görə bəşəriyyət cavabdehdir


Yer kürəsinin iqlimi tarix boyu dəyişib, lakin son on ildə biz orta temperaturun görünməmiş artımını müşahidə edirik.

“Sizinxeber.az” xəbər verir ki, bunu bizneslə qarşılıqlı fəaliyyət və innovasiyalar üzrə vitse-kansler, Ekseter Universitetində “Green Futures Solutions”ın direktoru Stüart Broklharst Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində deyib.

O qeyd edib ki, qalıq yanacağın yandırılması, meşələrin qırılması, təbii landşaftın dəyişdirilməsi kimi insan fəaliyyəti balanslaşdırılmış təbii karbon tsiklinin pozulmasına və nəticədə istixana effektinin artmasına səbəb olub.

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyi bəşəriyyətin qarşısında duran ən böyük çağırışdır. "Bu problemi həll etmək üçün məsuliyyət bizim nəslin üzərinə düşür", - direktor qeyd edib.

Oxşar xəbərlər

İsmail Serageldin: Atmosferə qlobal karbon qazı emissiyası ildə 54 milyard tona çatıb
Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür
İnam Kərimov: İqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir
Sadır Japarov: Qloballaşma şəraitində iqlim dəyişikliyi məsələləri xüsusi diqqət tələb edir
IPCC rəhbəri: Təbii fəlakətlərin sayının artması yeni reallığa çevrilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər