Sahib Ələkbərov: "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışına maraq yüksək səviyyədədir"
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışına maraq yüksək səviyyədədir.
"Sizinxeber.az"un İsmayıllıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.
O, yarışın cəlbedicilik baxımından çox yaxşı olduğunu vurğulayıb:
S. Ələkbərov II mərhələnin baxımlı alındığını da sözlərinə əlavə edib:
"Çox şadıq ki, olimpiya çempionu Aleksandr Vinokurov bizim qonağımızdır. Onun komandasının üzvü bu gün qalib oldu. Turnirə maraq da yüksək səviyyədədir. Velosiped idman növünün ölkəmizdə daha çox inkişaf etməsini istəyirik".
Xatırladaq ki, "Astana" komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov II mərhələnin qalibi olub. Ötən gün ilk raundda finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
Oxşar xəbərlər
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
"Bakı–Xankəndi" velosiped yarışının qalibi Yevgeni Fyodorov: "Birinci olmağım o qədər də önəmli deyildi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
