Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür
sizinxeber.az xəbər saytı

Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür


Neft, qaz, kömür və sement sektorlarında fəaliyyət göstərən 57 aparıcı şirkət bütün istixana qazı emissiyalarının, demək olar, 80 %-nin mənbələridir.

“Sizinxeber.az” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə “Carbon Majors”un araşdırmasının məlumatlarına əsaslanan yeni hesabatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu, qlobal iqlim böhranını sürətləndirdi. Araşdırmada vurğulanıb ki, karbon emissiyalarının azaldılması səylərini stimullaşdırmaq üçün nəzərdə tutulmuş Paris iqlim sazişinin bağlanmasına baxmayaraq, son 7 il ərzində bu şirkətlər arasında istehsal həcmlərində və müvafiq olaraq karbon dioksid emissiyalarında azalma deyil, əksinə artım müşahidə edilib. Hadisələrin bu cür inkişafı onların ətraf mühitə mənfi təsirinin kəskinləşməsinə səbəb olur.

Analitiklərin məlumatları göstərir ki, dünyada havanı ən böyük çirkləndirənlər sırasında olan dövlət müəssisələrinin 65 faizində və özəl müəssisələrin 55 faizində istehsal gücündə artım qeydə alınıb.

Qlobal səviyyənin 1,4 %-ni təşkil edən emissiyaların ən böyük həcmi Amerikanın “ExxonMobil” şirkətinin payına düşür. “Shell”, BP, “Chevron” və “TotalEnergies” qlobal karbon emissiyalarının təxminən 1 %-ni buraxır.

Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylər kontekstində ən narahatedici tendensiyalardan biri olan dövlət şirkətlərinin, xüsusən də Asiya regionunda emissiyaların sürətlə artmasına xüsusi diqqət çəkilir.

Oxşar xəbərlər

Britaniyada qaz istehlakının azalması CO2 emissiyalarına mənfi təsir edib
Qlobal iqlim konfransı Bakıya 70-80 min qonaq gətirəcək
Fransanın sabiq dövlət katibi: "İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini tapa bilər"
COP: ABŞ-ın başçılıq etdiyi ölkələr qrupu iqlim dəyişikliyi ilə bağlı məsuliyyəti digərlərinin üzərinə atır - TƏHLİL
Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle