İsmail Serageldin: Atmosferə qlobal karbon qazı emissiyası ildə 54 milyard tona çatıb
sizinxeber.az xəbər saytı

İsmail Serageldin: Atmosferə qlobal karbon qazı emissiyası ildə 54 milyard tona çatıb


Karbon qazı (CO2) emissiyaları azalmır, əksinə, artır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində deyib.

O qeyd edib ki, əgər 30 il əvvəl bəşəriyyət atmosferə ildə 33 milyard ton karbon qazı buraxırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur.

"Bu gün karbon qazının konsentrasiyası Yer kürəsinin son 2 milyon il ərzində gördüyü, metan və azot oksidləşməsi isə son 800 min ildə müşahidə etdiyimiz ən yüksək səviyyədədir", - həmsədr bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyinin vurduğu ziyanı azaltmağa kömək edəcək mühüm iqlim qərarları qəbul edilməlidir.

“Sizin qətiyyətiniz və iqlim dəyişikliyi ilə bağlı qlobal problem üzərində birgə fəaliyyətə sadiqliyiniz sayəsində biz vəziyyəti düzəldə və bəşəriyyəti fəlakətdən xilas edə bilərik”, – İ.Serageldin sonda bildirib.

Oxşar xəbərlər

Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Qırğızıstan iqlimə davamlı inkişaf modellərinə keçidi sürətləndirməyə sadiqdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin rezident-əlaqələndiricisi: Şəffaflıq məsələlərinə göstərdiyi prioritet diqqətə görə Azərbaycana minnətdarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər