Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib
Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə etmişik.
Bunu “Invision Design Talks 2” forumunda iştirak edən Türkiyənin “Yes Architects” şirkətinin həmtəsisçisi Yeşeren Ersan “Sizinxeber.az-Economics”ə açıqlamasında deyib.
O bildirib ki, rəhbərlik etdiyi şirkətin Bakı, İstanbul və Daşkənddə ofisləri fəaliyyət göstərir və ən böyük layihələr portfeli Azərbaycandadır.
Yeşeren Ersan qeyd edib ki, şirkət hazırda Azərbaycanda yaşayış kompleksləri, hotellər və ticarət mərkəzləri də daxil olmaqla bir sıra iri layihələr həyata keçirir.
Onun sözlərinə görə, şirkət artıq layihələndirmə prosesində süni intellekt alətlərindən geniş istifadə edir.
Memar bildirib ki, hazırda Azərbaycanda iki layihədə süni intellekt texnologiyalarından istifadə olunub.
Yeşeren Ersan diqqətə çatdırıb ki, bunlardan birində layihələndirmə işlərinin təxminən 20%-i, digər layihədə isə 50%-i süni intellektin dəstəyi ilə hazırlanıb.
O vurğulayıb ki, süni intellektdən istifadə hazırda xərcləri təxminən 10% azaltmağa imkan verir, yaxın 5 ildə isə bu göstərici 80-90%-ə çata bilər.
Memar əlavə edib ki, süni intellekt qərarvermə prosesini sürətləndirsə də, əsas qərarlar yenə də insanlar tərəfindən qəbul olunur.
Qeyd edək ki, “Invision Design Talks 2” forumu Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı ilə təşkil olunub. Forum Sizinxeber.az İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilir.
Oxşar xəbərlər
Azərbaycanda süni intellekt strategiyası çərçivəsində 15 layihə icra ediləcək
Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq
Siyavuş Novruzov: Azərbaycanda bəzi hallarda süni intellektdən yanlış istifadə edilir
"Microsoft" süni intellektdən hesabına 500 milyon dollara qənaət edib
Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
