Neftçalada Kür çayı sahilində təmizlik aksiyası keçirilib
sizinxeber.az xəbər saytı

Neftçalada Kür çayı sahilində təmizlik aksiyası keçirilib


Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Kür çayının Bankə qəsəbəsi ərazisindən keçən hissəsinin sahilində növbəti təmizlik aksiyası keçirilib.

"Sizinxeber.az"un Aran bürosu xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, könüllülər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd – Kür çayının məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxslər cərimələndi
Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Azərbaycanla Özbəkistan ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər