İsti günlərdə yanğına həssas ərazilər açıqlanıb
sizinxeber.az xəbər saytı

İsti günlərdə yanğına həssas ərazilər açıqlanıb


Avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

"Sizinxeber.az"un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.

"Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır", - deyə o qeyd edib.

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb:

"Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib".

Oxşar xəbərlər

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edib
Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-2
May ayında bəzi yerlərdə havanın temperaturu iqlim normasından yüksək olacaq
Hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib
Qarasuçay-Zərdab məntəqəsindən sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər