Üç dövlət qurumu Gəncədə monitorinq keçirib, 500-dən çox ağac götürüləcək, yenisi əkiləcək
Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı, nömrələnməsi işləri aparılır:
"Qurumuş və qəzalı ağacların yerində mövsümdə, yəni sentyabrda yerli iqlim və torpaq şəraitinə uyğun ağaclar əkiləcək. Bu işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları həyata keçirəcək. Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub".
Oxşar xəbərlər
Gəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb
Mirsalam Qənbərov: Gəncəni yaşıllıqla zəngin və estetik şəhərə çevirmək istəyirik
Bakı Dövlət Sirkinin qarşısındakı qurumuş ağaclar müvafiq ekspertiza rəyi əsasında götürülüb
Bakıda 1 650 ağac köçürüləcək
Agentlik: İcra hakimiyyəti orqanları və bələdiyyələr yaşıllıqlara vaxtında qulluq göstərməlidirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
