Bakıda 1 650 ağac köçürüləcək
Bakıda Akademik Həsən Əliyev küçəsində - Müzəffər Nərimanov küçəsinə qədər olan əraziyə ümumilikdə 1 650 ağacın köçürülməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmədə deyib.
M.Qənbərov bildirib ki, həmin ağaclardan 586-sı "Ulduz" metrosundan "Keşlə bazarı"na kimi (2 km) ərazidə əkiləcək:
"DTX Akademiyasının ərazisində 74, "Keşlə bazarı"nın qarşısında olan restoranın ərazisində 170, Əliyar Əliyev küçəsindən Akademik Həsən Əliyev küçəsinin başlanğıcına qədər 820 ağac əkiləcək".
Oxşar xəbərlər
Mirsalam Qənbərov: Bakıda tıxacların qarşısının alınması, insanların rahat hərəkəti əsas məqsədimizdir
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınıb
"Keşlə bazarı"nın köçürüləcəyi yer məlum oldu
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib
Agentlik rəhbəri: Azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













