Gəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb
sizinxeber.az xəbər saytı

Gəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb


Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq çərçivəsində mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların mərhələli şəkildə əvəzlənməsinə başlanılır.

"Report"un Qərb bürosunun məlumatına görə, götürülən ağacların yerinə mövsümdə - sentyabr ayında iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək.

Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.

İnventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları ictimaiyyət www.agac.az səhifəsindən izləyə biləcək.

Qeyd edək ki, qurumuş və qəzalı ağacların götürülməsi və yerinə yeni ağacların əkilməsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bakı Dövlət Sirkinin qarşısındakı qurumuş ağaclar müvafiq ekspertiza rəyi əsasında götürülüb
Xırdalanda parkda ağacların kütləvi şəkildə kəsilməsinə aydınlıq gətirilib
Qurumuş Eldar şamı ağaclarına baxış keçirilir
Agentlik: İcra hakimiyyəti orqanları və bələdiyyələr yaşıllıqlara vaxtında qulluq göstərməlidirlər
BŞİH başçısı: Qırılan ağacların yerində yeniləri əkiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər