Nazirlik: Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ciddi artıma rast gəlinmir
Yeni koronavirus infeksiyası bildiyimiz kimi vaxtaşırı dalğalanmalar ilə təzahür edir.
Sizinxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, hazırda istər bizə qonşu, istərsə də ABŞ-da və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar:
"Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq, əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır".
"Bu infeksiyadan qurunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
SN: Əhali arasında qeydə alınan infeksion xəstəliklərə səbəb virus və bakteriyalardır
Səhiyyə Nazirliyi əhalini infeksion xəstəliklərdən qorunmağa çağırıb
SN: Azərbaycanda meymunçiçəyi xəstəliyinə dair şübhəli hallar qeydə alınmayıb - YENİLƏNİB
Qriqorçuk Qara Qarayevi əvəzedici komandaya göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
