Zakir Fərəcov sakinlərlə növbəti səyyar qəbul keçirilib
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbul keçirilib.
APA xəbər verir ki, qəbul 8-ci mikrorayon ərazisində təşkil olunub.
Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və yerli sakinlər iştirak edib.
Sakinlər tərəfindən əsasən sosial rifah, kommunal xidmətlərin təkmilləşdirilməsi, infrastruktur problemləri, məşğulluq və digər məsələlər qaldırılıb. Şəhər rəhbəri vətəndaşların müraciətlərini diqqətlə dinləyib, bir sıra məsələlər yerində həllini tapıb. Digər müraciətlərlə bağlı isə aidiyyəti təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Oxşar xəbərlər
Sumqayıtda vətəndaşların müraciətləri yerində dinlənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtın icra başçısı səyyar qəbul keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda səyyar qəbullar davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












