Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 48-ci məhəllədə səyyar görüşü keçirilib.
İcra Hakimiyyətindən Sizinxeber.az-ya verilən məlumata görə, ənənəvi olaraq həftəlik təşkil edilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Vətəndaşlarla birbaşa ünsiyyət quran şəhər rəhbəri onların müraciətlərini diqqətlə dinləyib. Sosial müdafiə, mənzil-məişət və məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan problemlərin bir çoxu yerindəcə öz həllini tapıb.
Zakir Fərəcov görüş zamanı araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, bu tapşırıqların qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə icra olunmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq həyata keçirilir.
Oxşar xəbərlər
Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib
Sumqayıtda səyyar qəbullar davam edir
Zakir Fərəcov vətəndaşları qəbul edib
Sumqayıtda vətəndaş qəbulu keçirilib
Sumqayıtın icra başçısı səyyar qəbul keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













