Sumqayıtda vətəndaşların müraciətləri yerində dinlənilib
sizinxeber.az xəbər saytı

Sumqayıtda vətəndaşların müraciətləri yerində dinlənilib


Aprelin 25-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar görüşü keçirilib.

İH-dən Sizinxeber.az-ya verilən məlumata görə, 10-cu mikrorayon ərazisində baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və sakinlər iştirak ediblər.

Sakinlər tərəfindən əsasən sosial rifah, kommunal xidmətlərin təkmilləşdirilməsi, infrastruktur problemləri, məşğulluq və digər məsələlər qaldırılıb. Şəhər rəhbəri bütün müraciətləri diqqətlə dinləyib, bəzi problemlər yerindəcə həll olunub. Digər müraciətlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib və qaldırılan məsələlər nəzarətə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Oxşar xəbərlər

Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb
Zakir Fərəcov vətəndaşları qəbul edib
Sumqayıtda səyyar qəbullar davam edir
Sumqayıtda vətəndaş qəbulu keçirilib
Sumqayıtın icra başçısı səyyar qəbul keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər