Yasamalda narkotacir tutulub
sizinxeber.az xəbər saytı

Yasamalda narkotacir tutulub


Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Sizinxeber.az-ya bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Yasamalda 1 ayda 10 kq narkotik dövriyyədən çıxarılıb
Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb - FOTO
Qobuda saxlanılan şəxsdə 2 kq narkotik aşkarlanıb
Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutulub
Bakıda külli miqdarda heroin və tiryək aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle