Türkiyəli ekspert Azərbaycana səfəri haqqında məqalə yazıb
Türkiyəli ekspert, köşə yazarı Osman Kepenek 3-8 may 2026-cı il tarixlərində Azərbaycanda səfərdə olub.
"Report" xəbər verir ki, bu, türkiyəli ekspert O. Kepenekin Akademik Tədqiqat İnstitutunun saytında dərc olunan yazısında qeyd olunub.
Yazıda o, Bakıda keçirdiyi görüşlər, işğaldan azad olunan ərazilərə səfəri haqqında geniş məlumat verib. Ermənistanın işğalçılıq siyasəti, Xocalı kimi soyqırımılar törətməsi qınanıb:
"Xocalı şəhidlərinin əziz ruhlarının xatirəsinə inşa edilən Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət etdik".
O. Kepenek həmçinin bildirib ki, Türk dünyasına xidmət etmək istəyən hər bir alim üçün Qarabağ Universiteti misilsiz bir fürsət təqdim edir:
"Bir az uzun bir sahə və ya səyahət yazısı olduğunun fərqindəyəm, amma Bakının füsunkar gözəlliyi bir yanda, Qarabağın hamımızın qəlbindəki yeri və mənəvi əhəmiyyəti bir yanda durarkən ancaq bu qədər qısa yaza bildim", - o qeyd edib.
Yazının tam variantını linkə keçid etməklə oxuya bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xocalıya səfər ediblər
“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə
Diplomatlar Xankəndidə Zəfər Parkında - Video
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
