Törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası dəyişir
Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası dəyişir.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif edilir.
Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxarkən Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparır. Təklif edilən dəyişikliyə əsasən cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bank kartlarının talanmasına görə istintaq təxirəsalınmadan aparılacaq
Hərbçilərin törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişir
Qəbələdə 3 il əvvəl qisas niyyəti ilə törədilmiş cinayətlə bağlı istintaq tamamlanıb
Azyaşlını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













