Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası təşkil edilib.
Bu barədə Sizinxeber.az-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Aksiyada BŞİH-nin rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
İl ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Bakının 551 küçəsi yuyulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












