FHN-nin akademiyasında ağacəkmə aksiyası keçirilib - FOTO
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ağacəkmə aksiyası keçirilib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə reallaşdırılan aksiyada Akademiyanın kollektivi iştirak edib.
Ərazinin əvvəlcədən hazırlanması, torpağın becərilməsi və seçilmiş ağac növlərinin uyğun sahələrdə yerləşdirilməsi planlı şəkildə həyata keçirilib. Aksiya çərçivəsində Akademiyanın ərazisində müxtəlif növ ağaclar və mövsümi güllər əkilib. Əkilən ağaclar və güllər ərazidə estetik görünüş yaratmaqla yanaşı, ətraf mühitə müsbət təsir göstərərək ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək.
Yaşıllaşdırma işlərinin gələcəkdə də planlı şəkildə aparılacağı və ərazidə mütəmadi olaraq abadlıq tədbirlərinin görüləcəyi nəzərdə tutulub.
Oxşar xəbərlər
FHN-in Əsaslı Tikinti İdarəsi ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in regional mərkəzləri ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












