AYNA: Taksi sektorunda islahatların I mərhələsi geridə qalıb, proses çox uğurlu gedir
sizinxeber.az xəbər saytı

AYNA: Taksi sektorunda islahatların I mərhələsi geridə qalıb, proses çox uğurlu gedir


Taksi sektorunda keçən il iyulun 1-dən islahatlar həyata keçirilib.

APA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.

O bildirib ki, islahatın I mərhələsi geridə qalıb: “Proses çox uğurlu gedir. İslahatdan öncə mediada taksi sahəsində olan bütün narazılıqlar işıqlandırıldı. “Prius” adlanan bir narazılıq məfhumu var idi. Hazırda 27 minə yaxın buraxılış kartı alan taksi var. Bir il əvvəl bu say 67 min idi”.

Vəli Məmmədov qeyd edib ki, taksi sayının azalması şəhərə də müsbət təsir edir: Hazırda 0-3 km məsafədə səfərlərin sayı kəskin azalıb. İnsanlar artıq bu qısa məsafəni piyada qət edir”.

Oxşar xəbərlər

AYNA-nın departament rəhbəri: Manatlıq taksi anlayışı yoxdur, onlar qanunsuz fəaliyyət göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtobusların sayı artırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Metropoliteni: "28 May" stansiyası bağlanmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP: Yol qəzaları, ölüm və xəsarət hallarının sayı azalır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər