Sertifikasiya imtahanlarında uğur qazanmayan tibb işçilərinin iş yeri və əməkhaqqı 6 ay saxlanılacaq
“Sertifikasiya imtahanlarında yaxşı nəticə əldə etməyən işçinin işini davam etdirib-etdirməyəcəyi sual doğururdu”.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsi, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu isə tibb işçilərinin haqlı narazılığına səbəb olurdu: “Bu gün müzakirə etdiyimiz dəyişikliklərdən sonra qanunlara, o cümlədən Əmək Məcəlləsinə yeni anlayış gətirilir. Bu, davamlı peşəkar inkişaf anlayışıdır. Sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin 6 ay iş yeri və əməkhaqqı saxlanılacaq və 6 ay sonra həmin işçilər yenidən imtahan verəcəklər. Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq".
Musa Quliyev sertifikasiya zamanı sualların tərtibinə də toxunub: “Məqsədimiz suallarla həkimlərə hansısa çətinlik yaratmaq deyil. Bu olmamalıdır. Hərdən bəzi suallar ixtisas sahibinə heç lazım olmur. Praktik həkimə nələr lazım olacaqsa, suallara onları salmaq lazımdır”.
Oxşar xəbərlər
MM-in komitə sədri yaşa görə işdən çıxarılmanın əleyhinədir: Sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə işləməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: İmtahanda tibb işçilərinə praktik suallar vermək lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibb mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün yeni yanaşmadan istifadə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır












