sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Biləsuvarda ikimərtəbə ev yanıb
Biləsuvar rayonunda iki mərtəbəli evdə yanğın olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.
Dərhal əraziyə Biləsuvar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Goranboyda 9 otaqlı ev yanıb
Şəmkirdə 3 otaqlı ev yanıb - FOTO
Şəmkirdə 8 otaqlı ev yanıb - FOTO
Lənkəranda ikimərtəbəli ev yanıb
Ucarda evdə yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













