Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir - FOTO
Bu gün səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir.
APA xəbər verir ki, ziyarətçilər soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzür, ruhlarına dualar oxuyurlar, Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olurlar.
Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən Azərbaycan, ingilis, rus və ərəb dillərində soyqırımı haqqında informasiyalar verilir.
Qeyd edək ki, kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1,2 milyondan çox ziyarətçi qəbul edib.
Ziyarətdə iştirak edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva yaxın müddətdə kompleksdə təmir işlərinə başlanılacağını bildirib. O qeyd edib ki, güclü yağışlar nəticəsində kompleksin dam örtüyü yararsız vəziyyətə düşüb: “1 ilə yaxındır bu məsələ ilə bağlı işlərə başlanılıb. Smeta layihəsi hazırlanıb. Memorial Kompleks xüsusi materiallardan inşa edildiyindən hazırda həmin materialların satınalınması prossesi gedir. Yaxın zamanda təmirə başlanılacaq”.
Oxşar xəbərlər
Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir
Qubada Soyqırımı Memorial kompleksi təmir olunacaq
Kamran Əliyev Gəncədə "Memorial Abidə Kompleksi”ni ziyarət edib
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
