Ali Məhkəmə vərəsələr arasında mübahisələrə dair qərar verib
sizinxeber.az xəbər saytı

Ali Məhkəmə vərəsələr arasında mübahisələrə dair qərar verib


Ali Məhkəmə vərəsələr arasında ixtilafların həll edilməsi zamanı vərəsəlik şəhadətnamələrinin hüquqi əhəmiyyətinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Sizinxeber.az-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və eyni tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin notariat ofisinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı tam təmin edib, apellyasiya instansiyası məhkəməsi qətnaməni “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edib. Həmin hissədə iddi rədd edilib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

Notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.

Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.

Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı

Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.

Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır.

Qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki kollegiyası hesab edib ki, apellyasiya məhkəməsinin iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qaynaqlandığı özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələri (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) mübahisələndirməməsinə görə iddianın rədd olunması barədə mövqeyi əsaslı olmayıb. Buna görə də kassasiya şikayəti qismən təmin edilib, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iş yeni apelyasiya baxışına göndərilib.

Oxşar xəbərlər

Ali Məhkəmə vərəsələr arasındakı mübahisəyə dair mühüm qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kredit mübahisələrinə dair məhkəmə təcrübəsi müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə işçi və işəgötürən mübahisələrinə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər