Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib - FOTO - YENİLƏNİB
Zəngilan rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
APA-nın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, iclasda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü İradə Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva və digər nümayəndələr çıxış ediblər.
İştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə poliqon sahələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası və yeni yaradılan milli parklar, işğaldan azad edilmiş ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması ilə bağlı görülən işlər barədə danışıblar.
İclasdan sonra iştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yeni alınmış texnikalarla tanış olublar.
Qeyd edək ki, Ekoloji məsələlər üzrə işçi qrup işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin tərkibində yaradılıb.
***
12:40
Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir.
APA-nın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Ekoloji məsələlər üzrə işçi qrup işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin tərkibində yaradılıb.
Oxşar xəbərlər
Xankəndidə Ekoloji məsələr üzrə İşçi Qrupun növbəti iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubadlı, Zəngilan və Cəbrayılda əvvəlki qaydaya qaytarılmış qum-çınqıl yataqlarının sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirsalam Qənbərov: Hazırda Xankəndidə 5 ekoloji layihə həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













