DYP hava ilə bağlı müraciət edib
sizinxeber.az xəbər saytı

DYP hava ilə bağlı müraciət edib


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.

Yol polisi nələri tövsiyə edir?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı verilən hava proqnozu ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!"

Oxşar xəbərlər

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib
DYP hava şəraiti ilə bağlı müraciət edib
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər