Sumqayıt şəhərində yağan qarla bağlı operativ tədbirlər görülür - FOTO
sizinxeber.az xəbər saytı

Sumqayıt şəhərində yağan qarla bağlı operativ tədbirlər görülür - FOTO


Sumqayıt şəhərində dünən axşam saatlarından başlayan qarlı hava şəraiti davam edir.

Bu barədə Sizinxeber.az-ya Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, mövcud hava şəraitinin şəhər təsərrüfatına və nəqliyyat infrastrukturuna mənfi təsirinin qarşısını almaq məqsədilə Sumqayıt ŞİH-in müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün tədbirlər planına uyğun olaraq genişmiqyaslı işlər həyata keçirilir. Gecə saatlarından etibarən yolların buz bağlamasının qarşısını almaq üçün qum-duz qarışığı səpilib. Hazırda da bu istiqamətdə işlər davam etdirilir və nəqliyyatın hərəkətində ciddi maneələr müşahidə olunmur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, havanın daha da kəskinləşəcəyi halda qarla mübarizə tədbirləri daha da gücləndiriləcək. Bunun üçün xüsusi texnikalar tam hazır vəziyyətə gətirilib və lazım gəldikdə dərhal prosesə cəlb olunacaq. Bununla yanaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhər ərazisində qaz, su və elektrik enerjisi təchizatında fasilələrin yaranmaması üçün aidiyyəti qurumlarla birgə mütəmadi monitorinq aparır. Hər hansı bir problem yarandığı təqdirdə dərhal operativ tədbirlər görüləcək və əhalinin normal yaşayış şəraiti təmin ediləcək.

Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlara diqqətli olmağı, yol-nəqliyyat qaydalarına riayət etməyi, sürücülərin hava şəraitini nəzərə alaraq ehtiyatlı hərəkət etməsini tövsiyə edir.

Oxşar xəbərlər

Sumqayıta 20 ədəd müasir avtobus gətirilib - FOTO
Zakir Fərəcov vətəndaşları qəbul edib
Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb
Sumqayıtda payız-qış mövsümünə hazırlıq müzakirə edilib
Sumqayıtda səyyar qəbullar davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər