Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO
sizinxeber.az xəbər saytı

Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO


20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Tbilisinin Poniçala qəsəbəsində anım tədbiri keçirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə 20 Yanvar - 9 Aprel şəhidləri abidəsinin önünə qərənfillər düzülüb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Sənan Baxşıyev sakinlərlə söhbətində Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpasında əslən Gürcüstandan olan şəhidlərin müstəsna rol oynadıqlarını qeyd edib. O, sakinlərə şahidlərin xatirəsini yad etdiklərinə görə təşəkkür edib.

Gürcüstan azərbaycanlılarının daim Azərbaycanın yanında olduğunu qeyd edən qəsəbə ağsaqqalları Azərbaycanın Gürcüstandakı səfirliyinə təşəkkür ediblər.

Oxşar xəbərlər

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib - FOTO
Zəfər Günü ilə əlaqədar Tbilisidə məlumatlandırma aksiyası keçirilib
Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle