Köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Köç karvanı Xocalının Ballıca kəndinə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülüb.
Ballıca sakinlərinə mənzillərin açarları təqdim edilib.
***
11:30
Xocalının Ballıca kəndinə köç karvanı yola salınır.
Sizinxeber.az xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.
Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.
Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi Xocalı şəhərindən 10,6 km məsafədə yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Ermənistan ordusu tərəfindən silah anbarı kimi istifadə edilib. 2020-ci oktyabrın 5-də Vətən müharibəsi zamanı silah anbarı Azərbaycan Ordusu tərəfindən məhv edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində kənd azad olunub.
Xatırladaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 mindən artıq insan yaşayır.
Oxşar xəbərlər
Xocalının Ballıca kəndinə köç karvanı yola salınır - FOTO
Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Horovluda 867 ailə yaşayacaq - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
