sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan 3 Azərbaycan vətəndaşı təcili tibbi yardım briqadası tərəfindən Yeni Klinikaya təxliyə olunub.
APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alan vətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.
Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaqdır.
Oxşar xəbərlər
Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb
Vüqar Qurbanov: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - YENİLƏNİB
Azərbaycan rəsmiləri təyyarə qəzasında yaralananların səhhəti ilə maraqlanıblar
Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıb
Təyyarə qəzasından sonra Bakıya təxliyə olunanlardan biri əməliyyat olunub, vəziyyəti stabildir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













